Zaqatalalı gəncin qollarını sələfilər kəsibmiş
-
Zaqatalalı gəncin qollarını sələfilər kəsibmiş
Vəhhabi-sələfi dəstəsi Azərbaycan Respublikasında daha bir dəhşətli cinayətə əl atdı. Bir neçə gün öncə Zaqatala rayonunda Vüsal adlı gəncin qollarını kəsiblər.
Hadisə ilə bağlı mətbuatda müxtəlif məlumatlar yayılıb. İddia edilib ki, 26 yaşlı Bəşirov Vüsal Vahid oğlunun qollarını borc üstündə onun həmyerliləri kəsiblər.
Amma sonra bəlli olub ki, 26 yaşlı oğlanın qollarını balta ilə kəsən cinayətkarlar vəhhabi-sələfi təkfirçilərinin üzvləridirlər.
AzVision.az Zaqataladan xəbər verir ki, Vüsalın qonşuları hadisədən dəhşətə gəldiklərini, hətta öz evlərində gecələməkdən qorxduqlarını bildirdilər: “ Qorxuruq ki, o günahsız gəncin qollarını kəsən saqqallılar gəlib bizim evə də od vuracaqlar. Gecələr qorxudan yata bilmirik. Zaqatalada saqqal saxlayanların sayı artır, cavanlarımızın həyatını məhv edirlər”.
Vüsal Zaqatala Rayon Mərkəzi Xəstəxanasında polisin nəzarəti altında müalicə alır. Gəncin atası dəhşət dolu məqamları açıqlayıb: “Oğlumu saqqallılar öz tərəflərinə çəkmək istəyirdilər. Onlar vəhabidirlər. Oğluma deyiblər ki, saqqal saxla və sonra bizimlə bilikdə Dağıstana gedək. Vəhhabilərin rayonda xüsusi qrupları var. Onların burada toplaşdıqları ev də var. Hər gün orada görüşür, müzakirələr aparırlar”, - deyə V.Bəşirov vurğulayıb.
“Mahaç-Qalada onların böyük qruplaşmaları var. Oğluma deyiblər ki, uzun saqqal saxlasın. Amma mən Vüsala dedim ki, oğlum çəkil bu çirkli oyundan. Bu üzdən, onu çəkib, dostlarının evində qollarını bağlayıb, başında qutu olan oğlumun əlini daşın üstünə uzadıblar. Bu vaxt onlar "Allahu-Əkbər" deyərək, bellərindəki baltanı oğlumun əlinin üstünə qoyublar. Vüsalın hər iki əlini kəsiblər."
Onlar cinayəti əvvəlcədən planlaşdırıblar. Artıq Zaqatala da vəhhabilərin üzündən təhlükəli bir məkana çevrilib.