Azərbaycan Ordusunun zabiti şəhid olub
Dek 07, 2015 10:27 Asia/Baku
-
Azərbaycan Ordusunun zabiti şəhid olub
Ermənistan- Azərbaycan qoşunlarının təmas xəttində pozulan atəşkəs rejimi nəticəsində Azərbaycan Respubliaksı ordusunun zabiti ağır yaralanaraq, şəhid olub.
Düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun zabiti baş leytenant Mollayev Abdulla Molla oğlu ağır yaralanıb.
APA-nın məlumatına görə, yaralı zabit hospitala çatdırılaraq, əməliyyat olunub. Buna baxmayaraq, hərbi qulluqçu vəfat edib.
Digər bir xəbərə görə, Tovuz rayonunun Əlibəyli kəndində 5 ay xidmət etmiş Bakı sakini, 20 yaşlı Adil Quliyev hərbi hissədə vəfat edib. Hərbi hissədən onun ehtiyatsızlıq üzündən öldüyünü bildiriblər. Yaxınları isə əsgərin öldürüldüyünü iddia edirlər.
Teqlər