SOCAR: Xəzərdə neft yatağındakı yanğın bir hadisədir
-
Xəzərdə neft yatağındakı yanğın bir hadisədir
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti bildirib: Günəşli neft yatağındakı yanğın bir hadisədir və terror aktı deyildir.
Səhər Beynəlxalq Televiziyasının Faktxəbər saytına istinadla verdiyi məlumata görə, Azərbaycan Respublikası SOCAR şirkətinin vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakıda keçirdiyi mətbuat konfransında bu yanğının terror aktı olması barədəki iddiaları rədd edərək deyib: Bu yanğın güclü qasırğa ilə qaz boru kəmərinin neft quyularından birinə xəsarət vurmasından sonra başlanıb və terror aktı deyildir.
Xoşbəxt Yusifzadə həmçinin neft platformasında yanğının söndürülməsi əməliyyatının uzunmüddətli olması səbəbi barədə deyib: Bu əməliyyat üçün heç bir ölkənin köməyinə ehtiyac yoxdur və Azərbaycan Respublikası Fövləqadə Hallar Nazirliyi tam hazırlığa malikdir.