SOCAR: Yanğını söndürmək mümkün olmayıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i200568-socar_yanğını_söndürmək_mümkün_olmayıb
SOCAR-ın "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 23 nəfərin, o cümlədən itkin düşən "Neft Daşları"nın 3 əməkdaşının axtarışları davam edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 08, 2015 12:55 Asia/Baku
  • Yanğını söndürmək mümkün olmayıb
    Yanğını söndürmək mümkün olmayıb

SOCAR-ın "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 23 nəfərin, o cümlədən itkin düşən "Neft Daşları"nın 3 əməkdaşının axtarışları davam edir.

APA-nın məlumatına görə, bunu SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib.

"Saat 11:00-a olan məlumata görə, axtarışlar heç bir nəticə verməyib. Hava açılan kimi, helikopterlər də axtarışlarda olan gəmilərə qoşulub. Axtarışlar davam etdirilir", - deyə B. Ağarəhimov bildirib.

Baş mühəndis əlavə edib ki, yanğın hələ də söndürülməyib: "Yanğının söndürülməsi ilə 7 gəmi məşğul olurdu. Bu gün ərzində gəmilərə daha 1-i qoşulacaq".