AİP: İnqilab Rəhbərinin son məktubu gənclərə həyat yolunu işıqlandırır
https://azeri.sahartv.ir/news/azərbaycan-i200666-aİp_İnqilab_rəhbərinin_son_məktubu_gənclərə_həyat_yolunu_işıqlandırır
Növrəstə İbrahimova İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xameneinin son məktubunu hazırkı təlatümlü dünyada gənclərə həyat yolunun işıqlandırıcısı adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 11, 2015 09:28 Asia/Baku
  • AİP: İnqilab Rəhbərinin son məktubu gənclərə həyat yolunu işıqlandırır
    AİP: İnqilab Rəhbərinin son məktubu gənclərə həyat yolunu işıqlandırır

Növrəstə İbrahimova İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xameneinin son məktubunu hazırkı təlatümlü dünyada gənclərə həyat yolunun işıqlandırıcısı adlandırıb.

Azərbaycan İslam Partiyasının Qadınlar Şurasının sədri Növrəstə İbrahimova Səhər Beynəlxalq Televiziyasının Bakıdakı müxbirinə verdiyi müsahibədə İslam İnqilabının Böyük Rəhbərinin qərb gənclərinə olan son məktubuna toxunub və deyib: Gənclər həqiqətləri anlamalıdırlar ki, bu cinayətlər qarşısında müqavimət göstərsinlər.

Növrəstə İbrahimova Həzrət Ayətullahülüzma Xameneinin son məktubunu hazırkı təlatümlü dünyada gənclərə həyat yolunun işıqlandırıcısı adlandırıb və deyib: Bu məktubda İslam İnqilabının Böyük Rəhbəri terrorizmin nəhs nəticələrinə toxunaraq gənclərdən istəyiblər ki, bu hadisələrdən təcrübə alsınlar və dərin düşüncə və lazımi bəsirətlə islam barəsində dərin araşdırma aparsınlar və şərafətli həyat yolunda addım atsınlar.