Paşazadənin APA-ya cavabı: “Xalqlarımız arasında xoş münasibətlərə zərbə dəyməsinə imkan vermək olmaz”
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Nradaran hadisələrində İranı günahlandıranlara cavabda deyib ki, İran heç vaxt Azərbaycanda gərginlik yaratmaqda maraqlı olmayıb.
Allahşükür Paşazadə APA-ya müsahibəsidə deyib: Nardaranda keçirilən əməliyyatdan sonra İran dövlətinin ali rəsmilərindən Parlament sədri Əli Laricani bəyan etdi ki, bu, Azərbaycanın daxili işidir. İranın Azərbaycandakı səfiri Möhsün Pakayin açıqlama verdi ki, bu məsələyə İranın heç bir aidiyyəti yoxdur. Əsas olan Azərbaycan və İran dövlətləri arasında dostluq, qardaşlıq, yaxın qonşuluq əlaqələridir ki, şükürlər olsun, bu baxımdan narahatlıq üçün heç bir əsas yoxdur.
Paşazadə APA-nın pozucu sualına cavabda qeyd edib: “Yaddan çıxarmamalıyıq ki, çox sayda İran vətəndaşı Azərbaycanın müstəqilliyi uğrunda, Qarabağ savaşlarında canından keçib, bu döyüşlərdə yaralanan azərbaycanlılar İranda müalicə olunublar. Ölkələr, xalqlarımız arasında xoş münasibətlərə zərbə dəyməsinə imkan vermək olmaz.”