İranın Azərbaycandakı mədəniyyət mərkəzi dini şübhələrə cavabla bağlı 10 adda kitab tərcümə edib
https://azeri.sahartv.ir/news/azərbaycan-i200758-İranın_azərbaycandakı_mədəniyyət_mərkəzi_dini_şübhələrə_cavabla_bağlı_10_adda_kitab_tərcümə_edib
İranın Bakıdakı səfirliyinin mədəniyyət attaşesi İranın Bakıdakı mədəniyyət mərkəzi tərəfindən dini şübhələrə cavab barədə 10 adda kitabın fars dilindən azərbaycan dilinə tərcümə edildiyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 13, 2015 09:20 Asia/Baku
  • İranın Azərbaycandakı mədəniyyət mərkəzi dini şübhələrə cavabla bağlı 10 adda kitab tərcümə edib
    İranın Azərbaycandakı mədəniyyət mərkəzi dini şübhələrə cavabla bağlı 10 adda kitab tərcümə edib

İranın Bakıdakı səfirliyinin mədəniyyət attaşesi İranın Bakıdakı mədəniyyət mərkəzi tərəfindən dini şübhələrə cavab barədə 10 adda kitabın fars dilindən azərbaycan dilinə tərcümə edildiyini bildirib.

Səhər kanalı müxbirinin Astaradan verdiyi məlumata görə, Seyid İbrhaim İbrahimi bu barədə məlumat verib və deyib: Azərbaycan dilinə tərcümə edilən kibatlar ilahi rəhmət, cahillikdən qaynaqlanan zorakılıq və vəhhabilik barədədir. Bu kitablar ifratçılıq və zorakılıq ilə mübarizə, sülh və dostluğun təbliğ edilməsi məqsədlərini daşıyır.

İranın Bakıdakı mədəniyyət attaşesi hal hazırda mədəniyyət sahəsində xüsusi ilə də şer, ədəbiyyat, musiqi, incəsənət, yazılı irsin tərcümə edilməsi, kino və elmi heyətlərin mübadilə edilməsi sahəsində çox yaxşı əlaqələrin olduğunu vurğulayıb və deyib: Beynəlxalq Xəzər Universitetində İranşünaslıq otağının yaradılması iki ölkənin müştərək işlərindən sayılır və hər iki tərəfin əlaqələrin genişləndirilməsi üzrə iradəsindən xəbər verir.

İbrahimi həmçinin, Azərbaycanın müxtəlif universitetlərində İranşünaslıq otaqlarının yaradılması və təchiz edilməsinə işarə edərək, deyib: İranın Bakıdakı mədəniyyət mərkəzinin əsas proqramlarından biri elmi seminarların keçirilməsi və Azərbaycan ilə qonşu olan İran vilayətlərinin o cümlədən Gilan, Ərdəbil, Şərqi Azərbaycan və Qərbi Azərbaycan vilayətlərinin potensiallarından istifadə edərək, ixtisaslaşdırılmış iclasların təşkil edilməsidir.

İbrahimi region və dünyada heç bir ölkə arasında İran və Azərbaycan arasında olduğu qədər tarixi, dini və mədəni bağların olmadığını deyərək, əlavə edib: İki ölkə rəsmilərinin gördükləri tədbirlər əsasında bu gün İran və Azərbaycanın siyasi və mədəni əlaqələri həmişə olduğundan daha yaxşı səviyyədədir. Və iki ölkə əlaqələrinin daha da möhkəmləndirilməsi üçün bu bazadan istifadə edilməlidir.