Dek 15, 2015 09:08 Asia/Baku
  • Suriyada döyüşən azərbaycanlılara hökm oxundu
    Suriyada döyüşən azərbaycanlılara hökm oxundu

Suriyada terror qruplarının sıralarında döyüşən azərbaycanlılara hökm oxundu.

Bakı Ağır Cinayətlər Məhkəməsində Elşən Adilovun cinayət məcəlləsinin 12.3,28,214.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən terrorçuluğa hazırlıq), 12.3,28,214.2.3 (terrorçuluğa hazırlıq odlu silahdan istifadə etməklə törədildikdə), 12.1,279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı mediaları xəbər verirlər ki, bu il sentyabrın 1-də keçmiş MTN əməkdaşlarının anti-terror əməliyyatı zamanı İŞİD-ə qoşulan 5 nəfər - Şirxan Xasaylı, Rövşən Mikayılov, Elşən Adilov, Vüqar Hacıyev və Azər Eyyubov tutulublar.

Müəyyən edilib ki, Elşən Adilov və qeyriləri 2013-2015-ci illər ərzində Suriya Ərəb Respublikasında və İraqda ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən İŞİD terror qrupunun fəaliyyətində iştirak ediblər.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Teqlər