Azərbaycan Respublikası ordusunun əsgəri şəhid olub
https://azeri.sahartv.ir/news/azərbaycan-i200828-azərbaycan_respublikası_ordusunun_əsgəri_şəhid_olub
Dekabrın 14-də Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində erməni qüvvələrlə döyüş toqquşmasında Azərbaycan Respublikası silahlı qüvvələrinin hərbi qulluqçusu əsgər Rəhimli Nihad İltifat oğlu şəhid olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 15, 2015 06:55 Asia/Baku
  • Azərbaycan Respublikası ordusunun əsgəri şəhid olub
    Azərbaycan Respublikası ordusunun əsgəri şəhid olub

Dekabrın 14-də Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində erməni qüvvələrlə döyüş toqquşmasında Azərbaycan Respublikası silahlı qüvvələrinin hərbi qulluqçusu əsgər Rəhimli Nihad İltifat oğlu şəhid olub.

Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən bildiriblər.

“Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

Müdafiə Nazirliyi bildirir ki, qoşunların təmas xəttində vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət bütünlüklə Ermənistanın cinayətkar hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, - deyə, nazirlikdən qeyd ediblər.