Dek 18, 2015 12:33 Asia/Baku
  • Azərbaycan Demokrat Partiyasının sədri 1 yanvarın bayram edilməsinə qarşı çıxdı
    Azərbaycan Demokrat Partiyasının sədri 1 yanvarın bayram edilməsinə qarşı çıxdı

Sərdar Cəlaloğlu 1 yanvarın bayram edilməsi ilə müxalifət etdi.

“Azərbaycanda hər yerdə yolka qururlar, 1 yanvarı Yeni il bayramı kimi böyük canfəşanlıqla qeyd edirlər. Əslində isə yanvarın 1-i şeytanın anadan olduğu gündür”. Bu barədə “Yeni Müsavat”a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu bildirib. S.Cəlaloğlu fikrini belə əsaslandırdı ki, satanistlərin təqvimində yanvarın 1-i onların müqəddəs günlərindən biridir:

“İsa peyğəmbər yanvarın 1-də anadan olmayıb. Xristian dünyası İsa peyğəmbərin dünyaya gəlməsini Pasxa bayramı olaraq qeyd edir. Bu bayram isə bilirsiz ki, yanvarın 1-də keçirilmir. Azərbaycanda çox adam elə bilir ki, 1 yanvar İsa peyğəmbərin doğum günüdür və 1 yanvar ona görə bayram edilir. Satanistlərin ən böyük müvəffəqiyyətidir ki, dünya xalqlarının böyük hissəsini şeytanın anadan olduğu günü-1 yanvarı bayram eləməyə sövq edə biliblər. Bunu müxtəlif üsullarla dünyada qəbul elətdiriblər. 1 yanvarın bayram kimi qeyd edilməsi şeytanın insanlıq üzərində qələbəsidir”.

Teqlər