Azərbaycan ordusu əsgərini itirdi
https://azeri.sahartv.ir/news/azərbaycan-i200955-azərbaycan_ordusu_əsgərini_itirdi
Dekabrın 17-də Azərbaycan- Ermənistan qoşunları təmas xəttində toqquşmada Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Kərimov Taleh Saleh oğlu həlak olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 18, 2015 09:33 Asia/Baku
  • Azərbaycan ordusu əsgərini itirdi
    Azərbaycan ordusu əsgərini itirdi

Dekabrın 17-də Azərbaycan- Ermənistan qoşunları təmas xəttində toqquşmada Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Kərimov Taleh Saleh oğlu həlak olub.

Az. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qoşunların təmas xəttində vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət bütünlüklə Ermənistan rəhbərliyinin üzərinə düşür.

Təxminə bir ildir ki, cəbhədəki vəziyyətlə bağlı informasiyalar xüsusi nəzarətə götürülüb və itkilərin sayı haqdə dəqiq məlumat verilmir.

Azərbaycan və Ermənistan arasında gərginlik yaşansada, Azərbaycan Minsk Qrupu çərçivəsində ermənilərlə danışığa gedir. Bu istiqamətdə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan dekabrın 19-da İsveçrənin paytaxtı Bern şəhərində görüşəcəklər.

Azərbaycan ictimaiyyəti Minsk Qrupu çərçivəsindəki danışıqları faydasız sayır.