Berndə Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə nələr müzakirə olunmadı?
-
Berndə Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə nələr müzakirə olunmadı?
ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə İsveçrədə baş tutan Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə Minsk qrupu formatına inandığlarına imza atıblar. Minsk qrupu Azərbaycanda faydasız bir qrup kimi tanınır.
İsveçrə Konfederasiyasında işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev dekabrın 19-da Ermənistan prezidenti Serj Sarkisyanla görüşü olub.
Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi də iştirak ediblər.
Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə dair yekun bəyanat yayıblar
Bəyanata əsasən, görüşdə prezidentlər son zorakılıq hallarının müzakirə edərək, ağır texnikanın istifadəsinə görə dinc vətəndaşlar da daxil olmaqla itkilərin baş verməsindən narahatlıqlarını ifadə ediblər: “Prezidentlər hazırkı danışıqlar prosesi çərçivəsində irəli sürülən təkliflər istiqamətində iş aparmağa hazırlıqlarını ifadə ediblər. Onlar həmçinin Minsk qrupu formatına inamlarını təsdiqləyiblər”.
Qeyd olunur ki, həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, danışıqlar yolu ilə vasitəçilik etmək üçün tərəflərlə işləməyə hazır olmaqda davam edirlər.
Görüşdən bir neçə gün öncə, Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq hüquqa əsaslanmırlar: “Bu da həmin dövlətlərin münaqişənin həllinə ciddi, ədalətli yanaşmadıqlarını göstərir. Qərb ölkələri və digər dövlətlər bir dəfə deməyiblər ki, Azərbaycan bir milyon qaçqın və məcburi köçkünü necə yerləşdirəcək, yaşadacaq?”
Azərbaycan ictimaiyyətinə də sual budur ki, Qaarabağ məsələsi və Azərbaycanın işğal olunmuş torpağları ilə bağlı Minsk Qrupunun ədalətli mövqeyi yoxdyrsa, bu formatda danışıqların getməsi nəyə lazımdır?