Bakı dünyada mühacir böhranının dərinləşməsindən nigaranlıq edib
https://azeri.sahartv.ir/news/azərbaycan-i201059-bakı_dünyada_mühacir_böhranının_dərinləşməsindən_nigaranlıq_edib
Azərbaycanın Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəisi dünyada genişlənməkdə olan mühacir böhranını ölkəsi üçün də nigaran edici adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 20, 2015 16:49 Asia/Baku
  • Bakı dünyada mühacir böhranının dərinləşməsindən nigaranlıq edib
    Bakı dünyada mühacir böhranının dərinləşməsindən nigaranlıq edib

Azərbaycanın Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəisi dünyada genişlənməkdə olan mühacir böhranını ölkəsi üçün də nigaran edici adlandırıb.

CBC telekanalının verdiyi məlumata görə, Əli Həsənov BMT-nin didərginlər üzrə ali komissarlıqlarının 8-ci iclasında deyib: kütləvi mühacirət, daxili müharibələrdən qaçan qadın və uşaqların incidilməsi, qanlı toqquşmalar və mövcud böhranlar bəşəriyyət üçün böyük bir faciəyə səbəb olub.

Həsənov BMT-nin didərginlər üzrə ali komissarlıqları arasındakı əməkdaşlıqları bu böhranın həllində önəmli adlandırıb və deyib: Hazırda mühacirlərin hüquqlarının müdafiə edilməsi üçün beynəlxalq hüququn təkmilləşdirilməsinə ehtiyac var.

Əli Həsənov Ermənistanın Azərbaycana təcavüzünə, bu ölkə ərazisinin 20%-ni işğal etməsinə işarə edərək, deyib: Bakı ötən 20 ildə Qarabağ münaqişəsi qaçqınlarının problemlərini həll etmək üçün çox böyük iqtisadi zərər və ziyanlara məruz qalıb.

Həsənov Azərbaycanda müharibə qaçqınları və məcburi köçkünlər böhranı ilə bağlı deyib: İndiyə kimi 400 000-dən çox müharibə didərgini hələ də yaşayış üçün yararlı olmayan sığınacaqlarda qalmağa məcburdur və hələ də onların problemlərini həll etmək üçün beynəlxalq yardımlara ehtiyac var.