Nardaran Ağsaqqallar Şurasının üzvü həbs edilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i201090-nardaran_ağsaqqallar_Şurasının_üzvü_həbs_edilib
Bakının Nardaran qəsəbəsində daha bir nəfər saxlanılıb. Nardaran Ağsaqqallar Şurasının üzvü, 63 yaşlı Seyidəli Ağayev polis əməkdaşları tərəfindən tutulub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 21, 2015 12:20 Asia/Baku
  • Nardaran Ağsaqqallar Şurasının üzvü həbs edilib
    Nardaran Ağsaqqallar Şurasının üzvü həbs edilib

Bakının Nardaran qəsəbəsində daha bir nəfər saxlanılıb. Nardaran Ağsaqqallar Şurasının üzvü, 63 yaşlı Seyidəli Ağayev polis əməkdaşları tərəfindən tutulub.

Onun yaşadığı evdən çoxlu sayda avtomat patronu, odlu silah və qadağan edilmiş dini ədəbiyyat tapılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 228-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsilə cinayət işi başlanılıb, S.Ağayev barəsində həbs qətimakn tədbiri seçilib.