Ombudsman Nardaranda saxlanılanlarla bağlı Baş Prokurorluğa müraciət edib
https://azeri.sahartv.ir/news/azərbaycan-i201094-ombudsman_nardaranda_saxlanılanlarla_bağlı_baş_prokurorluğa_müraciət_edib
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova bir qrup Nardaran qəsəbə sakinindən daxil olan ərizə əsasında Baş Prokurorluğa müraciət edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 21, 2015 13:13 Asia/Baku
  • Ombudsman Nardaranda saxlanılanlarla bağlı Baş Prokurorluğa müraciət edib
    Ombudsman Nardaranda saxlanılanlarla bağlı Baş Prokurorluğa müraciət edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova bir qrup Nardaran qəsəbə sakinindən daxil olan ərizə əsasında Baş Prokurorluğa müraciət edib.

Bu barədə Ombudsman Aparatından məlumat verilib. Aparatdan bildirilib ki, Ombudsman Nardaran qəsəbəsində baş vermiş son hadisələrdə saxlanılan şəxslərin ailə üzvlərinin onlar barədə məlumat almaq istəyi ilə bağlı Baş Prokurorluğa müraciət edib. Qeyd olunub ki, Ombudsman Aparatı tərəfindən qanuna müvafiq digər zəruri addımlar da atılacaq.

Qeyd edək ki, bir qrup Nardaran qəsəbə sakini Ombudsman Elmira Süleymanovaya müraciət edib.