MTN-in daha 2 generalı tutduğu vəzifədən azad edildi
Dek 22, 2015 10:34 Asia/Baku
-
MTN-in daha 2 generalı tutduğu vəzifədən azad edildi
Milli Təhlükəsizlik Nazirliyi sistemində daha 2 yüksək vəzifəli şəxs tutduğu vəzifədən azad olunub.
“Qafqazinfo”nun verdiyi məlumata görə, onlardan biri Naxçıvan Muxtar Respublikasının milli təhlükəsizlik naziri, general rütbəli Vəli Əsgərovdur. Digər şəxs isə sabiq MTN şefi Eldar Mahmudov işdən qovulandan sonra haqqında dəfələrlə “işdən çıxarılıb” yazıları gedən MTN nazirinin birinci müavini, general-leytenant Hilal Əsədovdur.
Qeyd edək ki, prezdent İlham Əliyevin imzaladığı sonuncu sərəncamla MTN ləğv edilib, onun əsasında Dövlət Təhlükəsizlik və Xarici Kəşfiyyat Xidmətləri yaradılıb.
Teqlər