Şahin Mustafayev: "Devalvasiyadan asılı olmayan səbəbdən qiymət artımının qarşısı alınacaq"
https://azeri.sahartv.ir/news/azərbaycan-i201128-Şahin_mustafayev_devalvasiyadan_asılı_olmayan_səbəbdən_qiymət_artımının_qarşısı_alınacaq
"İstehlak bazarında süni qiymət artımının qarşısını almaq üçün bütün zəruri tədbirlər görüləcək".
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 22, 2015 14:21 Asia/Baku
  • Şahin Mustafayev:
    Şahin Mustafayev: "Devalvasiyadan asılı olmayan səbəbdən qiymət artımının qarşısı alınacaq"

"İstehlak bazarında süni qiymət artımının qarşısını almaq üçün bütün zəruri tədbirlər görüləcək".

Bu barədə APA-ya açıqlamasında Tehranda rəsmi səfərdə olan Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib.

"Dövlət bütün zəruri tədbirləri görəcək ki, qiymətlərin süni şəkildə qaldırılmasının qarşısı alınsın. Təbii ki, manatın devalvasiyaya uğraması idxaldan asılı olan məhsulların qiymətinə təsir edir və onların qiyməti artacaq. Lakin biz bu prosesə nəzarət edəcəyik. Süni şəkildə, devalvasiyadan asılı olmayan səbəbdən qiymət artımının qarşısı alınacaq", - deyə Ş. Mustafayev bildirib.

Xatırladaq ki, Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev İrazn-Azərbaycan biznes forumunda iştirak məqsədi ilə Tehranda səfərdədir.