Azərbaycanda dollar və avronun bahalaşması davam edir
https://azeri.sahartv.ir/news/azərbaycan-i201131-azərbaycanda_dollar_və_avronun_bahalaşması_davam_edir
Bu gün dekabrın 21-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi möhkəmlənib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 22, 2015 14:22 Asia/Baku
  • Azərbaycanda dollar və avronun bahalaşması davam edir
    Azərbaycanda dollar və avronun bahalaşması davam edir

Bu gün dekabrın 21-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi möhkəmlənib.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 22-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, bu ölkədə dolların rəsmi məzənnəsi dekabrın 21-i ilə müqayisədə 0,07% və ya 0,0011 manat artaraq 1,5511 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası da 0,53% və ya 0,0089 manat artaraq 1,6939 manata yüksəlib.

Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,46% və ya 0,0001 manat ucuzlaşaraq 0,0217 manat olub.

Azərbaycan Mərkəzi Bankının dünən 21 dekabr tarixində üzən valyuta məzənnəsinə keçid ilə bağlı bəyanatının ardınca manatın məzənnəsi dollar ilə müqayisədə 50%-ə yaxın azalıb.