Nardaranda növbəti əməliyyat - 2 nəfər saxlanıldı
https://azeri.sahartv.ir/news/azərbaycan-i201175-nardaranda_növbəti_əməliyyat_2_nəfər_saxlanıldı
Sabunçu rayonunun Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları tərəfindən növbəti dəfə əməliyyat keçirilib. Əməliyyat zamanı iki mənzildən xeyli sayda silah aşkar edildiyi deyilir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 23, 2015 10:17 Asia/Baku
  • Nardaranda növbəti əməliyyat - 2 nəfər saxlanıldı
    Nardaranda növbəti əməliyyat - 2 nəfər saxlanıldı

Sabunçu rayonunun Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları tərəfindən növbəti dəfə əməliyyat keçirilib. Əməliyyat zamanı iki mənzildən xeyli sayda silah aşkar edildiyi deyilir.

Faktxeber.com bu barədə yazır: Əməliyyat Daxili İşlər Nazirliyinin Cinayət Axtarış İdarəsi, Çevik Polis Alayı, Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi, Sabunçu Rayon Polis İdarəsi əməkdaşları tərəfindən keçirilib. Əməliyyat zamanı Nardaran qəsəbə sakini, 1998-ci il təvəllüdlü Hümbətov Balaəli Tasim oğlunun yaşadığı evin zirzəmisindən 2 ədəd 16 kalibir patron və 1 ədəd ov bıçağı, qəsəbə sakini, 1966-cı il təvəllüdlü Bünyatov Sərdar Zeynalabdin oğlunun yaşadığı evin həyətindən isə 36 ədəd tapança patronu aşkar edilib. Faktla bağlı iki nəfərin saxlanıldığı deyilir.

Sabunçu Rayon Polis İdarəsindən faktı təsdiqləyiblər və hazırda əməliyyatın davam etdirildiyi bildirilib. Məlumata görə, hazırda Sabunçu rayonunun hüquq-mühafizə orqanlarının rəhbər işçiləri Nardaran qəsəbəsindədir.