Azərbaycan Qəzvin-Rəşt-Astara dəmiryolu xətti layihəsinin icrasına sərmayə qoymağa hazır olduğunu bildirib
https://azeri.sahartv.ir/news/azərbaycan-i201200-azərbaycan_qəzvin_rəşt_astara_dəmiryolu_xətti_layihəsinin_icrasına_sərmayə_qoymağa_hazır_olduğunu_bildirib
İran İslam Respublikasının Azərbaycandakı səfiri bu ölkənin iki bankının Qəzvin-Rəşt-Astara dəmiryolu layiəsini maliyyələşdirməyə hazır olduqlarını elan etmələrindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 23, 2015 15:51 Asia/Baku
  • Azərbaycan Qəzvin-Rəşt-Astara dəmiryolu xətti layihəsinin icrasına sərmayə qoymağa hazır olduğunu bildirib
    Azərbaycan Qəzvin-Rəşt-Astara dəmiryolu xətti layihəsinin icrasına sərmayə qoymağa hazır olduğunu bildirib

İran İslam Respublikasının Azərbaycandakı səfiri bu ölkənin iki bankının Qəzvin-Rəşt-Astara dəmiryolu layiəsini maliyyələşdirməyə hazır olduqlarını elan etmələrindən xəbər verib.

Möhsün Pakayin iki ölkə arasında 4 sərhəd keçid məntəqəsinin fəaliyyət göstərməsinə işarə edərək, deyib: Tranzit sahəsində investisiya qoyuluşu və əməkdaşlıq hər iki ölkənin xeyrinədir.

M.Pakayin deyib: İran və Azərbyacan dünyada daha bir qlobal iqtisadi böhranın başlanmasından öncə iri nəqliyyat layihələrini maliyyələşdirməli və region ölkələri arasında tranzit sahəsində aparıcı rol oynamalıdırlar.

İran səfirinin dediyinə görə, Azərbaycan və İran dəmiryolu şəbəkələrinin bir-birinə birləşdirilməsi üzrə memorandumun imzalanmasının ardınca, Tehran iclasında Rəşt-Astara dəmiryolunun çəkilməsi üçün konsorsiumun yaradıldığını bildirib.

Bu konsorsium layihənin maliyyələşdirilməsi işlərini həyata keçirməlidir və Azərbaycanın iki bankı bu layihənin maliyyələşdirilməsi və kreditin ayrılması üzrə şərtləri və təkliflərini açıqlayıblar.

İran səfiri əlavə edib: Bank əməkdaşlıqları ticarət və iqtisadiyyat sahəsində əməkdaşlıqlaırn genişləndirilməsində önəmli rola malikdir.