Dollar manata qarşı möhkəmlənməkdə davam edir
Dek 24, 2015 07:55 Asia/Baku
-
Dollar manata qarşı möhkəmlənməkdə davam edir
Bu gün dekabrın 23-ü ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi möhkəmlənib.
"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 24-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, Azərbaycanda dolların rəsmi məzənnəsi dekabrın 23-ü ilə müqayisədə 0,03% və ya 0,0005 manat artaraq, 1,5528 manat olub.
Valyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası da 0,03% və ya 0,0004 manat azalaraq, 1,6974 manata düşüb.
Manata nəzərən Rusiya rublunun məzənnəsi 1,83% və ya 0,0004 manat bahalaşaraq, 0,0223 manat olub.