Manat ucuzlaşmağa davam edir
https://azeri.sahartv.ir/news/azərbaycan-i201538-manat_ucuzlaşmağa_davam_edir
Bu gün dekabrın 25-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi möhkəmlənib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 28, 2015 07:33 Asia/Baku
  • Manat ucuzlaşmağa davam edir
    Manat ucuzlaşmağa davam edir

Bu gün dekabrın 25-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi möhkəmlənib.

"APA-nın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 28-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkədə dolların rəsmi məzənnəsi dekabrın 25-i ilə müqayisədə 0,14% və ya 0,0021 manat artaraq 1,5561 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası da 0,21% və ya 0,0036 manat artaraq 1,7079 manata yüksəlib.