Sionist nazir Azərbaycan şirkətindən yüz minlərlə dollar alıb?
https://azeri.sahartv.ir/news/azərbaycan-i201544-sionist_nazir_azərbaycan_şirkətindən_yüz_minlərlə_dollar_alıb
İsrail rejiminin keçmiş baş naziri və keçmiş müdafiə naziri, bu rejimin ən nüfuzlu siyasətçilərindən biri olan Ehud Baraka qarşı korrupsiya şübhəsi ilə təhqiqat aparılır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 28, 2015 07:34 Asia/Baku
  • Sionist nazir Azərbaycan şirkətindən yüz minlərlə dollar alıb?
    Sionist nazir Azərbaycan şirkətindən yüz minlərlə dollar alıb?

İsrail rejiminin keçmiş baş naziri və keçmiş müdafiə naziri, bu rejimin ən nüfuzlu siyasətçilərindən biri olan Ehud Baraka qarşı korrupsiya şübhəsi ilə təhqiqat aparılır.

Virtualaz.org xəbər verir ki, İsrail rejiminin istintaq orqanları Ehud Barakın Azərbaycanla “şübhəli pul sövdələşməsini” araşdırır. “Haaretz” qəzetinin yazdığına görə iki həftə əvvəl İsrailin baş prokuroru İequda Vaynşteyn keçmiş baş nazirdən Azərbaycanın “iri dövlət şirkətlərindən biri ilə” bütün elektron yazışmalarını istintaqa verməyi tələb edib.

Qəzetin yazdığına görə polis Ehud Baraka qarşı təhqiqatı Bakının ona bir neçə yüz min dollar ödədiyi məlum olandan sonra başladıb. Bu məbləğin Ehud Baraka “məsləhət xidmətlərinə görə ödənildiyi” bildirilir. Lakin versiyalardan birinə görə bu, rüşvət ola bilər.

İsrail rejimindəki mənbələr isə deyiblər ki, əgər Ehud Barakın yazışmalarının öyrənilməsi polisin başlatdığı təhqiqatda dramatik dəyişikliklərə səbəb olmasa İequda Vaynşteyn keçmiş baş nazirə və müdafiə nazirinə qarşı qaldırılmış işin bağlanmasına sərəncam verəcək.

Ehud Barak Azərbaycanla korrupsiya əlaqələrində şübhəli hesab edilən ilk İsrail rəsmisi deyil. Bundan əvvəl sionist İsrailin sabiq müdafiə naziri və “Avoda” partiyasının keçmiş lideri Binyamin (Fuad) Ben-Eliezer də Azərbaycandan silah satışına görə rüşvət almaqda şübhəli bilinmişdi.

İstintaqın nəticələrinə görə, Ben-Eliezerə qarşı ittiham aktı elan olunub. İsrail rejimi prezidentliyinə keçmiş namizəd də olan sabiq müdafiə naziri çoxsaylı cinayətlər törətməkdə və korrupsiyada ittiham olunur. Məsələn, Ben-Eliezer biznesmenlərlə, o cümlədən israilli milyarder Avraam Nanikaşvili ilə korrupsiya əlaqəsinə girməkdə, “Şemen” neft şirkətinin maraqları üçün lobbiçilik etməkdə, “çirkli pul” yuyulmasında, vergidən yayınmaqda və s. günahlandırılır.

İstintaq İsrail rejimi siyasətinin 79 yaşlı veteranına qarşı müdafiə naziri olarkən rüşvət almaq, pul yumaq, habelə Azərbaycan, Gürcüstan və digər ölkələrə silah satışına icazə vermək kimi ittihamlar da irəli sürüb.