Nardaran qəsəbəsində axtarışlar davam edir
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Müətəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi qüvvələrinin Nardaran qəsəbəsində evlərdə axtarışların aparılması üzrə əməliyyatı davam edir.
hafta.az bildirir ki, Nardaran ağsaqqllar şurasının sədri Natiq Kərimov jurnalistlər ilə müsahibədə qəsəbədə vəziyyətin gərgin olaraq qalmaqda davam etdiyini bildirib və deyib: Daxil İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi qüvvələri 26 noyabr tarixindən bəri təqribən hər gün müxtəlif ittihamlarla, qanunsuz olaraq silah və narkotik maddələrin saxlanılması iləmübarizə adı altında, əməliyyatlar həyata keçirirlər ki, əsas məqsəd müxaliflərin fiziki şəkildə sıradan çıxarılmasıdır. Natiq Kərimov həmçinin, hər gün 2-3 nardaranlının həbs edildiyini qeyd edərək, deyib: Xüsusi Təyinatlı Qüvvələrin 26 noyabrda kəndə girməsindən bəri 70-ə yaxın kənd sakini saxlanılıb. İndiyə kimi onların 30-nun taleyi ilə bağlı heç bir məlumat əldə etmək mümkün olmayıb.
Ötən bir ay ərzində Nardaran sakinlərinə təzyiq göstərmək məqsədi ilə kəndə elektrik enerjisi , qaz və su verilməsi dayandırılıb. Həmçinin, dövlət idarəsində çalışan 7 kənd sakini işdən çıxardılıb. Xatırlatmaq lazımdır ki, Nardaran sakinlərinin 95%-i işsizdir. Kənd əhalisinin sadəcə 5%-i gülçülük ilə məşğuldur.
Həmçinin, Lənkəran və Astara şəhərlərində də bəzi dindarlar həbs ediliblər.
Ekspertlər vəziyyətin bu şəkildə davam etməsini qeyri-mümkün hesab edirlər. Xüsusi ilə də Nardaranda həyata keçirilən əməliyyat zamanı bir neçə nəfərin həyatını itirməsi region və dünya səviyyəsində böyük rezonans doğurub.
ölkə daxilində də bir sıra siyasi və ictimai fəallar, ziyalı kəsim və dindarlar yaranmış vəziyyətə etiraz edərək, 26 noyabr hadisələri ilə əlaqədar həbs edilənlərin azadlığa buraxılmasını tələb ediblər.
Azərbaycanda dindarların xüsusi ilə də Nardaran sakinlərinin həbs edilməsi prosesinin davam etməsinə rəğmən, hələ də baş verənlərin səbəbləri ilə bğalı dövlət tərəfindən rəsmi açıqlama verilmir. Amma, Dini Qrumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov "Teleqraf" informasiya portalına verdiyi müsahibədə ölkədə cərəyan edən hazırkı dindarlaşma prosesinin azərbaycanlı kimliyinin itirilməsinə səbəb olduğunu deyib. O, həmçinin deyib: Yarıciddi-yarızarafat belə bir fikir formalaşıb ki, Azərbaycanda dindarların sayı artdıqca, sanki azərbaycanlıların sayı azalır.
Beləliklə demək olar ki, Nardaranda baş verən acı hadisələri və dindarlara qarşı təzyiqlərin artmasının arxasında, rəsmi dairələrdə formalaşan dindarlar arasında milli kimliyin zəifləməsi düşüncəsi dayanır. Amma, aydın məsələdir ki, belə bir düşüncə ölkə vətəndaşlarına qarşı zorakılığın əsaslandırılmasına kifayət etmir və bunun üçün bəhanə də ola bilməz.