Taleh Bağırovun məhkəməsinin vaxtı açıqlanıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i201651-taleh_bağırovun_məhkəməsinin_vaxtı_açıqlanıb
Barəsində həbs qətimkan tədbiri seçilmiş “Müsəlman Birliyi Hərəkatı” təşkilatının sədri Taleh Bağırovun Nəsimi Rayon Məhkəməsinə verdiyi şikayətin baxılacağı tarix açıqlanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 28, 2015 14:04 Asia/Baku
  • Taleh Bağırovun məhkəməsinin vaxtı açıqlanıb
    Taleh Bağırovun məhkəməsinin vaxtı açıqlanıb

Barəsində həbs qətimkan tədbiri seçilmiş “Müsəlman Birliyi Hərəkatı” təşkilatının sədri Taleh Bağırovun Nəsimi Rayon Məhkəməsinə verdiyi şikayətin baxılacağı tarix açıqlanıb.

T.Bağırovun vəkili Cavad Cavadov bildirib ki, T.Bağırovun şikayətinə 2016-cı ilin yanvar ayının 6-da baxılacaq.

Prosesə sədrliyi hakim Babək Pənahov edəcək.

Xatırladaq ki, vəkil C.Cavadov Taleh Bağırovla vəkilinin görüşməsinə imkan verilməməsi, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunda nəzərdə tutulmuş hüquqlarının pozulması, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) Müvəqqəti Saxlanılma Təcridxanasında 24 saatdan artıq saxlanılması ilə bağlı məhkəmə nəzarəti qaydasında Nəsimi Rayon Məhkəməsinə müraciət edilib.

Qeyd edək ki, T.Bağırov noyabrın 26-da Nardaran qəsəbəsində polisin keçirdiyi əməliyyat zamanı tutulub. Onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib. Dekabrın 2-də Bakı Apellyasiya Məhkəməsində T.Bağırov barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair məhkəmə qərarından apellyasiya şikayəti üzrə məhkəmə keçirilib. Məhkəmədə apellyasiya şikayəti təmin edilməyib.