2015-də Azərbaycan Respublikasının önəmli olayları
https://azeri.sahartv.ir/news/azərbaycan-i201736-2015_də_azərbaycan_respublikasının_önəmli_olayları
Azərbaycan Respublikası 2015-ci ildə öz tarixində önəmli siyasi, iqtisadi, ictimai, mədəni və idman olaylarını qeydə aldı.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 28, 2015 17:28 Asia/Baku
  • 2015-də Azərbaycan Respublikasının önəmli olayları
    2015-də Azərbaycan Respublikasının önəmli olayları

Azərbaycan Respublikası 2015-ci ildə öz tarixində önəmli siyasi, iqtisadi, ictimai, mədəni və idman olaylarını qeydə aldı.

Milli Məclisin 5-ci dövr seçkilərinin keçirilməsi və hakim Yeni Azərbaycan partiyasının bu seçkilərdə 69 deputatın parlamentə daxil olması ilə qələbə qazanması, vətəndaşların 55%-nin seçkilərdə iştirak etməsi bu ölkənin 2015-dəki siyasi olaylarından idi.

Milli təhlükəsizlik və rabitə və informasiya texnologiyalar nazirlərinin tutduqları vəzifələrdən kənarlaşdırılması da bu ölkənin siyasi olaylarından idi. Belə ki, sonrada prezident İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyini ləğv etməklə Daxili Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidmətinin yaradılmasına fərman verdi.

Nardaran hadisəsi və ikisi polis olmaqla 5 nəfərin həlak olması, Dağlıq Qarabağ və işğal olunmuş rayonlarda qarşıdurmalar və bu qarşıdurmalarda insan tələfatının artması da 2015-ci ildə bu ölkənin siyasi olaylarından hesab olunur.

İqtisadiyyat səhnəsində də Azərbaycan Respublikası qəfildən aprel və dekabr aylarında ümumilikdə manatın dəyərinin 80%-lik devalvasiyaya uğramasını təcrübə etdi.

İran İslam Respublikasının Azərbaycan Respublikası ilə əlaqələrinin misilsiz şəkildə genişlənməsi 2015-ci ilin iqtisadi olaylarından sayılır. Belə ki, bu ildə iki tərəfin Müştərək İqtisadi Komissiyaların iclaslarında onlarla əməkdaşlıq sənədi imzalandı.

Xəzər dənizində neft platformasında yanğının baş vemrəsi və hələ də 22 nəfərin tapılmayan həmin hadisədə 30 nəfərin həlak olması bu ölkənin digər acı hadisələrindən idi.

Ayətullah Nuri Həmədaninin Bakıya səfəri bu ölkənin tarixində bir təqlid mərcəyinin ilk səfəri idi. Bu səfər həmin ildə baş verdi və müsəlmanların misilsiz qarşılamasının şahidi oldu.

Bu hadisələrin kənarında 2015-ci il I Avropa Olimpiya Oyunlarının möhtəşəm şəkildə keçirilməsini unutmaq olmaz. Bu oyunlar 23 idman növündə 6 min idmançının iştirakı ilə gözəl Bakı şəhərində münasib formada keçirildi.