Dek 29, 2015 17:07 Asia/Baku
  • Azərbaycanın 2015-dəki önəmli olayları
    Azərbaycanın 2015-dəki önəmli olayları

Azərbaycan Respublikası 2015-ci ildə öz tarixində önəmli siyasi, iqtisadi, ictimai, mədəni və idman olaylarını qeydə aldı.

Milli Məclisin 5-ci dövr seçkilərinin keçirilməsi, milli təhlükəsizlik və rabitə və informasiya texnologiyalar nazirlərinin tutduqları vəzifələrdən kənarlaşdırılması, Nardaran hadisəsi və ikisi polis olmaqla 5 nəfərin həlak olması, manatın dəyərinin 80%-lik devalvasiyaya uğraması, İran İslam Respublikasının Azərbaycan Respublikası ilə əlaqələrinin misilsiz şəkildə genişlənməsi, Xəzər dənizində neft platformasında yanğının baş vemrəsi və hələ də 22 nəfərin tapılmayan həmin hadisədə 30 nəfərin həlak olması bu ölkənin hadisələrindən idi.

Ayətullah Nuri Həmədaninin Bakıya səfəri bu ölkənin tarixində bir təqlid mərcəyinin ilk səfəri idi. Bu səfər həmin ildə baş verdi və müsəlmanların misilsiz qarşılamasının şahidi oldu.

Bu hadisələrin kənarında 2015-ci il I Avropa Olimpiya Oyunlarının möhtəşəm şəkildə keçirilməsini unutmaq olmaz. Bu oyunlar 23 idman növündə 6 min idmançının iştirakı ilə gözəl Bakı şəhərində münasib formada keçirildi.

Teqlər