Azərbaycanda yeni birlik yarandı
-
Azərbaycanda yeni birlik yarandı
Azərbaycan Respublikasında Maarifçiliyə Dəvət Birliyinin katibi Hacı Elçin Manafov Beynəlxalq Səhər telekanalının müxbirinə verdiyi müsahibədə müraciət edənlərin maarif ehtiyaclarının təmin olunması və dini ictimai rəy sahiblərinin potensialından istifadə edərək onların maarif ehtiyaclarına cavabın verilməsini bu birliyin təşkil olunmasının məqsədlərindən adlandırıb.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, müraciət edənlərin maarif və tanışlığının yüksəldilməsi, onların əsil islam maarifi ilə tanış olmasını Azərbaycandakı mövcud ciddi ehtiyaclardan adlandıran Manfov əlavə edib: Bu birlik təkcə din və islam maarifi sahəsində deyil, ictimai sahələrdə də müraciət edənlərinə xidmətlər təqdim edəcək və fəaliyyət göstərəcək.
Azərbaycan Respublikası İslam partiyasının sabiq sədrəvəzi həmçinin deyib: Cəmiyyətdə müxtəlif metodlarla, xüsusilə də gənc nəsil üçün qeyri-sağlam və zəhərli ideoloji məsələlərin irimiqyaslı şəkildə təqdim olunması belə bir birliyin yaranmasını zəruri etmişdi. Belə ki, bu vasitə ilə islamın düzgün maarifi bütün vətəndaşlara, xüsusilə də gənclərə təqdim olunsun.