Zərdüşt Əlizadə: “Qərb İŞİD-dən istədiyi faydanı maksimum şəkildə götürüb”
https://azeri.sahartv.ir/news/azərbaycan-i201911-zərdüşt_Əlizadə_qərb_İŞİd_dən_istədiyi_faydanı_maksimum_şəkildə_götürüb
"Ümumiyyətlə düşünürəm ki, nə Suriyada, nə də İraqda ölkə hakimiyyətləri ölkənin bütövlüyünü bərpa edib qoruya bilməyəcək. Çox təəssüf ki, bu ölkələr artıq parçalanıb." Bunu politoloq Zərdüşt Əlizadə bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 29, 2015 16:34 Asia/Baku
  • Zərdüşt Əlizadə: “Qərb İŞİD-dən istədiyi faydanı maksimum şəkildə götürüb”
    Zərdüşt Əlizadə: “Qərb İŞİD-dən istədiyi faydanı maksimum şəkildə götürüb”

"Ümumiyyətlə düşünürəm ki, nə Suriyada, nə də İraqda ölkə hakimiyyətləri ölkənin bütövlüyünü bərpa edib qoruya bilməyəcək. Çox təəssüf ki, bu ölkələr artıq parçalanıb." Bunu politoloq Zərdüşt Əlizadə bildirib.

Son vaxtlarda İraq ordusu bir çox istiqamətlərdə üstünlüyü ələ alıb. Bu günlərdə rəsmilərin verdiyi məlumata görə, ölkənin 1/3-i terrorçulardan azad edilib. Ekspertlər hərbi əməliyyatlarda ciddi dönüşün səbəbini bir çox məsələlərdə görürlər. Bu mövzu ilə bağlı bir çox istiqamətlərdə müzakirələr aparılır.

Politoloq Zərdüşt Əlizadə Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, yaxın vaxtlarda bu bölgənin əmin amanlıq şəraitində mövcud olmasına heç bir ümid yoxdur:“Qərb İŞİD-dən istədiyi faydanı maksimum şəkildə götürüb. Artıq Yaxın Şərq böyük qüvvələrin cıdır meydanına çevrilib. Qərb ölkələri və ərəb ölkələri koalisiyası, Rusiya bu əməliyyatlarda aktiv şəkildə iştirak edirlər. Yaxın vaxtlarda bu bölgənin əmin amanlıq şəraitində mövcud olmasına heç bir ümid yoxdur. Qərbin və onların müsəlman şərqindəki əlaltılarının əsas məqsədi bu idi. İndi artıq hansı torpaqların azad olunmasının heç bir əhəmiyyəti yoxdur. Bu uzun müdətli bir əməliyyatlardır. Nə vaxtsa yenidən İŞİD hücum edəcək, və bunun cavabında İraq qoşunları hücum edəcək. Bu münaqişənin yaradılmasında əsas məqsəd bölgədə əmin-amanlığın yox etmək və böyük dövlətlərin bu münaqişəyə qoşulmaq hüquqlarının qazanılması idi. Bu hədəfə nail olundu. Ümumiyyətlə düşünürəm ki, nə Suriyada, nə də İraqda ölkə hakimiyyətləri ölkənin bütövlüyünü bərpa edib qoruya bilməyəcək. Çox təəssüf ki, bu ölkələr artıq parçalanıb”.