Dek 30, 2015 13:12 Asia/Baku
  • Natiq Kərimov nardaranlılar əleyhinə ittihamların irəli sürülməsini tənqid edib
    Natiq Kərimov nardaranlılar əleyhinə ittihamların irəli sürülməsini tənqid edib

Nardaran qəsəbəsi Ağsaqqallar Şurasının sədri Natiq Kərimov Bakıda Səhərin müxbirinə verdiyi müsahibədə qəsəbənin son vəziyyətini açıqlayıb və deyib: Nardaran hələ də polis qüvvələrinin güclü nəzarəti altındadır və nardaranlı olmayanların qəsəbəyə girməsi hələ də mümkün deyildir və kənd sakinlərinin evlərində axtarışlar davam etməkdədir.

Qeyri-nardaranlıların bu kəndə gəlməsi və əhalinin Bibi Rəhimə ziyarətgahı və məscidlərə getməsini də qeyri-mümkün adlandıran Kərimov deyib: Hazırda kəndin əhalisinin 80 nəfəri qeyri-qanuni şəkildə istintaqdadır və onlardan bəzisi həbs olunublar.

Məhbuslar və yaralıların yaxınlarına məlumatın verilməməsini də tənqid edən Kərimov əlavə edib: Ölkənin qanuni dairələrində ittiham halları araşdırılmadan nardaranlılara qarşı ittihamların irəli sürlməsi qeyri-qanunidir və ittiham halları araşdırılmadan medialar vasitəsi ilə ictimai fikri bu məsələyə hazırlamaq qəbuledilməzdir.

Teqlər