Azərbaycan Dövlət Neft Fondunun 2016-cı ilə olan xərcləri azalmayacaq
https://azeri.sahartv.ir/news/azərbaycan-i202074-azərbaycan_dövlət_neft_fondunun_2016_cı_ilə_olan_xərcləri_azalmayacaq
Azərbaycan Dövlət Neft Fondu 2016-cı il üçün nəzərdə tutulmuş büdcə xərclərini azaltmayacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 30, 2015 13:39 Asia/Baku
  • Azərbaycan Dövlət Neft Fondunun 2016-cı ilə olan xərcləri azalmayacaq
    Azərbaycan Dövlət Neft Fondunun 2016-cı ilə olan xərcləri azalmayacaq

Azərbaycan Dövlət Neft Fondu 2016-cı il üçün nəzərdə tutulmuş büdcə xərclərini azaltmayacaq.

CBC telekanalının verdiyi məlumata görə, Dövlət Neft Fondunun büdcə xərcləri Azərbaycanın dövlət büdcəsi kimi ölkə prezidentinin birbaşa fərmanı ilə formalaşır və milli pul vahidi olan manat şəklində təsdiq edilir.

Bu məlumata görə, Azərbaycan Dövlət Neft Fondunun 2016-cı il üçün olan büdcə layihəsi təsdiq edilməsi üçün ölkə prezidentinə təqdim edilib.

Azərbaycan Dövlət Neft Fondunun 2016-cı il üçün olan gəlirləri 6 milyard 711 milyon 546 min manat, xərcləri isə 8 milyard 261 milyon 399 min manat nəzərdə tutulub.

Azərbaycan Dövlət Neft Fondunun gəlirləri, gəlirlərin bir hissəsinin dövlət büdcəsinə transfert edilməsindən sonra, müharibə qaçqınları və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması, su və meliorasiya şəbəkələrinin bərpası, dəmiryolunun çəkilməsi, ölkə vətəndaşlarının xaricdə təhsil alması Cənub Qaz Dəhlizi layihəsində Azərbaycan dövlətinin payının təmin edilməsi üçün nəzərdə tutulub.

Azərbaycan Dövlət Neft Fondu 1999-cu ildə təsis edilib.