Mahmudovun daha bir qohumu nazirlikdə vəzifəsini itirdi
https://azeri.sahartv.ir/news/azərbaycan-i202480-mahmudovun_daha_bir_qohumu_nazirlikdə_vəzifəsini_itirdi
Ləğv edilmiş MTN-in sabiq rəhbəri general Eldar Mahmudovun daha bir qohumu vəzifəsindən azad olunub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 02, 2016 06:45 Asia/Baku
  • Mahmudovun daha bir qohumu nazirlikdə vəzifəsini itirdi
    Mahmudovun daha bir qohumu nazirlikdə vəzifəsini itirdi

Ləğv edilmiş MTN-in sabiq rəhbəri general Eldar Mahmudovun daha bir qohumu vəzifəsindən azad olunub.

Səhiyyə naziri Oktay Şirəliyevin əmri ilə nazirliyin Karantin şöbəsinin rəisi Elşad Mahmudov tutduğu vəzifədən azad edilib. Bu barədə virtualaz.org-a Səhiyyə Nazirliyindəki mənbə məlumat verib.

Qeyd edək ki, Elşad Mahmudov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğludur.