AİP Ayətullah Nimrlə baglı bəyanat yaydı
Azərbaycan İslam Partiyası Səudiyyə Ərəbistanında dünən edam olunan tanınmış şiə din alimi Ayətullah Şeyx Baqir əl-Nimrlə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir: Zalım rejimlər güclü rəqiblərin hakimiyyətdən haqq və ədalət tələblərini özlərinə, hakimiyyətlərinə təhlükə hesab edərək, onları müxtəlif bəhanə və saxta ittihamlarla fiziki cəhətdən məhv etməyə çalışırlar.
Hesab edirik ki, Şeyx Nimrləri, edam etməklə bitirmək artıq mümkün deyil. Səud rejimi ömrünü sona çatdırmaqdadır. Xalqın azadlıqsevər qüvvələrinin zülmə qarşı səbri tükənməkdədir. Haqsızlığa və hüquqsuzluğa qarşı dinc xalq etirazlarının baş qaldırmasını hakimiyyətin müxtəlif qütblərə bağlamasına baxmayaraq, bunun başlıca səbəbi, rejimin çürüklüyü, bunun üfunətinin ərəb və müsəlman dünyasına yayılmasıdır.