Azərbaycanda zavodda partlayış, ölən var
https://azeri.sahartv.ir/news/azərbaycan-i202917-azərbaycanda_zavodda_partlayış_ölən_var
Balakəndə zavodda partlayış baş verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 04, 2016 11:23 Asia/Baku
  • Azərbaycanda zavodda partlayış, ölən var
    Azərbaycanda zavodda partlayış, ölən var

Balakəndə zavodda partlayış baş verib.

Azərbaycan Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə bu barədə məlumat daxil olub. Daxil olan məlumatda bildirilir ki, yanvarın 4-də təxminən, saat 10:30-da Balakən şəhərində “Azəryem Sənaye MMC”-yə məxsus zavodun ərazisindəki qazanxanada partlayış baş verib. Hadisə nəticəsində 1 nəfərin öldüyü və 2 nəfərin xəsarət alması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə nəticəsində yanğın baş verməyib.

Hazırda FHN-in və digər dövlət orqanlarının mütəxəssisləri tərəfindən hadisə baş verən ərazidə müvafiq araşdırma işləri aparır.