Səudiyyə rejimi Şeyx Nimri edam etməklə İslam dünyası ilə düşmənçiliyini aşkarladı
https://azeri.sahartv.ir/news/azərbaycan-i202941-səudiyyə_rejimi_Şeyx_nimri_edam_etməklə_İslam_dünyası_ilə_düşmənçiliyini_aşkarladı
Azərbaycan İslam partiyasının sədrəvəzi Hacı İlham Əliyev deyib: Səudiyyə rejiminin zalım hakimiyyəti Ərəbistanın tanınmış alimi Ayətullah Şeyx Nimri edam etməklə bir daha islam dünyası ilə düşmənçiliyini açıq aşkar şəkildə əks etdirdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 04, 2016 13:31 Asia/Baku
  • Səudiyyə rejimi Şeyx Nimri edam etməklə İslam dünyası ilə düşmənçiliyini aşkarladı
    Səudiyyə rejimi Şeyx Nimri edam etməklə İslam dünyası ilə düşmənçiliyini aşkarladı

Azərbaycan İslam partiyasının sədrəvəzi Hacı İlham Əliyev deyib: Səudiyyə rejiminin zalım hakimiyyəti Ərəbistanın tanınmış alimi Ayətullah Şeyx Nimri edam etməklə bir daha islam dünyası ilə düşmənçiliyini açıq aşkar şəkildə əks etdirdi.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Azərbaycan Respublikasında İslam partiyasının sədrəvəzi müxbirimizə verdiyi müsahibədə əlavə edib: Ali-Səud rejimi bu cinayəti ilə özünü islam dünyasının qarşısında qoydu və bu gün bütün şiə və sünni alimləri bu rejimin bu dəhşətli əməlini pisləyirlər.

O deyib: Şəhid Şeyx Nimrin qanının sahibi Allah-Taaladır və Allah-Taala özü bu məzlum şəhidin qanını alacaq və bu rejim ilahi intiqamı gözləməlidir.

Hacı İlham Əliyev həmçinin beynəlaxlq dairələr və "insan haqlarını" müdafiəçiələrini tənqid edib və bildirib: Təəssüfləndirici haldır ki, beynəlxalq qurumlar bu cinayətin qarşısında hələ də susurlar və yaxud onlardan bəzisi sadə təəssüflə kifayətləniblər və bu cinayət qarşısıdna xüsusi reaksiya verməyiblər.

O deyib: bu cinayətin arxasında digər əllərin də rolu vardır və bəzi dövlətlər və zalım hakimlər səudiyyə rejimini dəstəkləyirlər.

Hacı İlham Əliyev sözlərinin sonunda Səudiyyə Ərəbistanı rejiminin bu cinayətinə öz nifrətini bildirib və əlavə edib: Biz bu cinayəti kəskinliklə qınayırıq.