Balakəndə partlayış
Yan 05, 2016 05:01 Asia/Baku
-
Balakəndə partlayış
Azərbaycanın Balakən şəhərindəki zavodda partlayış olub.
APA-nınxəbərinə görə, qazanxanada partlayış baş verməsi nəticəsində 1 nəfərin öldüyü və 2 nəfərin xəsarət alması barədə məlumat daxil olub.
Partlayış qazanxanada olan qazanın üzərində yerləşdirilmiş qoruyucu klapanın işləməməsi səbəbindən baş verib. Bunu istilik sistemləri üzrə mütəxəssis İsa Əsgərov deyib.
Faktla bağlı Balakən Rayon Prokurorluğunda cinayət işi açılıb.