İran və Azərbaycanın müştərək istehsalı builki Fəcr Festivalında səhnələşəcək
Yan 05, 2016 08:40 Asia/Baku
-
İran və Azərbaycanın müştərək istehsalı builki Fəcr Festivalında səhnələşəcək
İran İslam Respublikası və Azərbaycan Respublikasının müştərək əsəri çərçivəsində "İlan Sultan" tamaşası builki Beynəlxalq Fəcr Festivalında iştiraka hazırdır.
Bəhram Beyzayinin ssenarisi, Xeyrullah Təqyanipurun rejissorluğu və Azərbaycanın teatr aktyorlarının iştirakı ilə hazırlanan bu tamaşa Azərbaycan dilində builki Beynəlxalq Fəcr Festivalında səhnələşəcək.
Azərbaycan Respublikasında Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov bu barədə deyib: Bu tamaşada Azərbaycanın 12 aktyoru rol alacaq.
Bu incəsənət əsərinin rejissoru Xeyrulla Təqyanipur da deyib: Bu əsər sonradan Bakıda və Türkiyə, Özbəkistan, Qazaxıstan kiimi bəzi türkdilli ölkələrində və Ərdəbil, Təbriz və Astara şəhərlərində səhnələşəcək.
Teqlər