Azərbaycan və İranın nəqliyyat işçi qrupunun iclası Bakıda keçiriləcək
https://azeri.sahartv.ir/news/azərbaycan-i203256-azərbaycan_və_İranın_nəqliyyat_işçi_qrupunun_iclası_bakıda_keçiriləcək
Azərbaycan və İran nəqliyyat işçi qrupunin iclası 12 yanvarda Bakıda keçiriləcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 07, 2016 10:52 Asia/Baku
  • Azərbaycan və İranın nəqliyyat işçi qrupunun iclası Bakıda keçiriləcək
    Azərbaycan və İranın nəqliyyat işçi qrupunun iclası Bakıda keçiriləcək

Azərbaycan və İran nəqliyyat işçi qrupunin iclası 12 yanvarda Bakıda keçiriləcək.

Azərbaycanın Dövlət Dəmiryolu İdarəsinin rəisi Cavid Qurbanov bu barədə deyib: Bu iclasın iş gündəmində duracaq əsas mövzu İrandan yüklərin Azərbaycan yolu ilə Rusiya və Avropaya nəql edilməsi olacaq.

İran və Azərbaycanın 10-cu müştərək iqtisadiyyat forumunda müxtəlif sahələrdə əməkdaşlıqların genişləndirilməsi üzrə işçi qruplarının yaradılması barədə razılıq əldə olunmuşdu. Bu forum 21 dekabrda Tehranda keçirilmişdi.

Şimal-cənub nəqliyyat dəhlizinin təkmilləşdirilməsi işlərinin sürətləndirilməsi, o cümlədən Azərbaycan və İran dəmiryol şəbəkəsinin bir-birinə birləşdirilməsi, iki ölkənin sərhəd məntəqəsində dəmiryolu körpüsünün inşa edilməsi, Biləsuvar və Astara sərhəd keçid məntəqələrinin 24 saatlıq iş rejiminə keçməsi Tehran iclasında diqqət mərkəzində saxlanılan mövzular olub.