Azərbaycanın Amerikaya neft ixracatı azaldı
https://azeri.sahartv.ir/news/azərbaycan-i203265-azərbaycanın_amerikaya_neft_ixracatı_azaldı
Amerika Azərbaycandan neft idxalının həcmini azaltdı
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 07, 2016 11:30 Asia/Baku
  • Azərbaycanın Amerikaya neft ixracatı azaldı
    Azərbaycanın Amerikaya neft ixracatı azaldı

Amerika Azərbaycandan neft idxalının həcmini azaltdı

Azadlıq qəzetinin yazdığına görə, ABŞ-ın Energetika Nazirliyi öz rəsmi internet səhifəsində yerləşdirdiyi xəbərdə bildirib ki, ABŞ 2015-ci ilin oktyabrına kimi Azərbaycandan 4 milyon 42 min barel neft idxal edib. Halbuki, 2014-cü ilin müvafiq dövründə bu rəqəm 7 milyon 35 min barel olub.

Bu isə Amerikanın Azərbaycandan neft idxalını iki dəfə azaltması mənasındadır.

Bu məlumatda həmçinin bildirilir ki, Amerika 1975-ci ildən bu ölkə neftinin ixracatına qoyulan qadağanı da ləğv edib.

Hətta İsrail də Azərbaycandan neft idxalını azaldıb. Buna baxmayaraq, Azərbaycan Dövlət Neft Şirkəti bildirib ki, bu ölkə neftinin ixracatında hansısa problem yoxdur.