Neftçilərin ixtisarı davam edəcək
-
Neftçilərin ixtisarı davam edəcək
Ekspertlər neft sektorunda ötən illərdən başlanan ixtisar dalğasının daha da güclənəcəyini proqnozlaşdırırlar
Neftin ucuzlaşması neft şirkətlərində işçilərin ixtisarını da qaçılmaz edir. Neftin qiyməti ucuzlaşmazdan əvvəl də neft sektorunda başlanan ixtisar dalğasının daha da güclənəcəyi proqnozlaşdırılır. Ekspertlər bildirirlər ki, şirkətlər ixtisara getməyə məcburdurlar.
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı bildirib ki, ötən illərdən başlanan ixtisarlar 2016-cı ildə davam edəcək:
“Düşünürəm ki, ixtisarlar davam edəcək. Yəni ARDNŞ-də ixtisarlar artıq 3 ildir ki, davam edir. Aldığımız məlumata görə, bp-də də ötən ilin axırında xəbərdarlıq verilib. Ölkədə reallaşdırılan neft layihələrində ixtisarlar gözlənilmir. Amma bp və onun tərəfdaşlarında, podratçı və subpodratçı şirkətlərdə ixtisarlar ola bilər. Bizə bəzi informasiyalar daxil olub. Məsələn, ARDNŞ-də qazma işlərinin azaldılması gedir. Bu, həm hasilatın azalması, həm də işçi ixtisarıdır. ARDNŞ və ölkəmizdə fəaliyyət göstərən əksər neft şirkətlərində işçilərlə müvəqqəti müqavilə bağlanır. Məhz müvəqqəti müqavilənin bitməsi bəhanəsi ilə işdən azad olunanların sayı ixtisar edilənlərdən çoxdur”.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov isə bildirir ki, ixtisara düşən işçilərin hüquqları Əmək Qanunvericiliyi ilə tənzimlənir: “İşçi ixtisar olunursa, ilk növbədə əmək qanunvericiliyinin tələblərinə riayət edilməlidir. İşçi ixtisar ediləcəksə, 2 ay əvvəldən ona bu barədə xəbərdarlıq edilməlidir. Bu 2 ay müddətində işçiyə şərait yaradılmalıdır ki, özünə yeni iş yeri tapsın. Bunun üçün də 2 ay müddətində işçiyə ödənişli istirahət günləri verilməlidir. İşdən azad olunan işçiyə bir ay orta aylıq əmək haqqı miqdarında müavinət verilməlidir. Şəxs gedib Məşğulluq İdarəsində qeydiyyata düşməlidir. Əgər ikinci və üçüncü aylar ərzində işçi iş tapmırsa, bu aylar üçün də ona müavinət verilməlidir. Bu, qanunvericiliyin təyin etdiyi qaydadır və məcburidir”.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə qeyd edib ki, «BP Global» orta müddətli proqnozunda 2017-ci ilə qədər kapital xərclərini 22,9 milyard dollardan 17-19 milyard dollara qədər azaldacağını açıqlayıb: “Bu, 25 faiz azalma deməkdir. İndi bütün neft şirkətləri xərclərini azaltmaq barədə qərarlar qəbul edirlər. Bir qədər əvvəl SOCAR prezidenti Rövnəq Abdullayev də belə bir əmr imzaladı. Bu əmrə əsasən, qurumların tərkibinə daxil olan bölmələrin sayının və ştat vahidlərinin yenidən nəzərdən keçirilməsi, maliyyə resurslarının ilk növbədə daha az vəsait tələb edən yüksək rentabelli sahələrə yönəldilməsi nəzərdə tutulur.
Bu müddəa SOCAR-ın ştat cədvəlinin daha optimallaşdırılması yönündə addımlar atılması deməkdir. Yəni indiyə qədər SOCAR işçilərinin sayı artıq 54 minə qədər azaldılmışdı. Ancaq onun hesabatları ilə tanış olanda biz nə görürdük: 2011-ci ildə SOCAR-da 79,9 min nəfər çalışırdı. 2014-cü ildə SOCAR ilk dəfə olaraq neftin maya dəyərini 1,4 faiz azaltmağa nail olmuşdu, nəticədə 1 barel neftin orta qiyməti 16 dollara qədər azalmışdı, tonu 91,63 manat. Bunun əsas səbəblərindən biri də SOCAR-ın işçilərinin azaldılması hesabına baş vermişdi, belə ki, SOCAR neftinin maya dəyərində ən yüksək payı- 17,7 faizlə əmək haqları xərcləri təşkil edir. SOCAR üç pilləli idarəetmədən ikipilləli idarəetməyə keçməklə aralıq təşkilatları ləğv edir, sonra isə yeni optimal idarəetmə mexanizminə start verəcək, baş idarələrdəki rəhbər işçilərin ixtisarına. Çünki işçilərin sayı azaldığı halda onlara rəhbərlik edən menecment də azalmalıdır. Nəticə etibarilə 2018-ci ilin sonuna SOCAR mərhələ-mərhələ işçi sayını 40 minə qədər azaldacaq.