Vəli Fəqihin Azərbaycandakı nümayəndəsi Ərəbistanın Şeyx Nimri edam etməsini qınadı
-
Vəli Fəqihin Azərbaycandakı nümayəndəsi Ərəbistanın Şeyx Nimri edam etməsini qınadı
İslam İnqilabının Böyük Rəhbərinin Azərbaycandakı nümayəndəsi höccətülislam vəlmüslimin Seyid Əli Əkbər Ocaqnejad Ərəbistan hökumətinin bu ölkənin tanınmış şiə ruhanisi Şeyx Nimr Baqir əl-Nimri edam etməsini tənqid edib və deyib: Ali-Səud rejimi bu kimi cinayətkar əməllər ilə müsəlmanların qəlbini yaralayır.
Höccətülislam vəlmüslimin Ocaqnejad bu gün Bakıda deyib: İslam dünyasındakı bütün bu cinayətlər ABŞ və işğalçı İsrail rejimin şeytanlıqları və himayəsi və onların regiondakı muzdurlarının əli ilə törədilir.
Vəli Fəqihin Azərbaycandakı nümayəndəsi səudiyyəlilərin Yəmən və Suriyadakı cinayətlərinə işarə edib və deyib: Onlar Qərbin dəstəyi ilə şiə-sünni savaşı yaratmaq və bununla da öz siyasi maraqlarını təmin etmək istəyirlər. Buna görə də, müsəlmanlar Quran Kərim və İslam Peyğəmbərinin(s) sifarişi olan birlik və həmrəyliyi qorumalı, bütün bu çətinliklərinə öhdəsindən bu yolla gəlməlidirlər.