Nardaranda növbəti əməliyyat: 3 nəfər saxlanıldı
https://azeri.sahartv.ir/news/azərbaycan-i203553-nardaranda_növbəti_əməliyyat_3_nəfər_saxlanıldı
Bakının Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları növbəti əməliyyat keçiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 09, 2016 15:13 Asia/Baku
  • Nardaranda növbəti əməliyyat: 3 nəfər saxlanıldı
    Nardaranda növbəti əməliyyat: 3 nəfər saxlanıldı

Bakının Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları növbəti əməliyyat keçiriblər.

Trend xəbər agentliyinin məlumatına görə, Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 3 nəfər saxlanılıb. Qəsəbə sakini, 1963-cü il təvəllüdlü Muradpur Heydər, 1959-cu il təvəllüdlü Mürsəl Qasımov və 1983-cü il təvəllüdlü Rahib Quliyev şübhəli şəxs qismində saxlanılıblar.

Həmişəki və təkrar iddialara görə, tutulan şəxslərin üzərindən narkomaddə və silah aşkar edilib.

Sabunçu rayon məhkəməsinin qərarları ilə saxlanılan şəxslərdən M.Heydər və R.Quliyev barəsində həbs qətimkan tədbiri, M.Qasımov barəsində isə inzibati həbs seçilib.