Azərbaycanın bir neçə bölgəsində etiraz aksiyası keçirilib
Yan 13, 2016 10:50 Asia/Baku
-
Azərbaycanın bir neçə bölgəsində etiraz aksiyası keçirilib
Yanvarın 12-də Ağcabədidə bahalaşma və işsizlik əleyhinə etiraz aksiyası keçirilib.
Faktxeber internet portalının verdiyi məlumata görə, Ağcabədidə şəhər sakinləri və məcburi köçkünlər bahalaşma və işsizlik əleyhinə etiraz aksiyası keçiriblər.
Bu məlumata görə, aksiya iştirakçıları təxminən 3 saat ərzində Ağdam-Ağcabədi yolunu bağlayıblar.
Azərbaycanda son devalvasiyanın ardınca yaranan bahalaşma dalğası bu ölkə əhalisini ciddi problemlərlə üzləşdirib.
Bazar ertəsi günü də Ucar şəhərində oxşar motivli etiraz aksiyası keçirilmişdi.
Teqlər