Binə ticarət mərkəzində aksiya keçirilir
https://azeri.sahartv.ir/news/azərbaycan-i204651-binə_ticarət_mərkəzində_aksiya_keçirilir
Azərbaycan Respublikasını bürümüş və hər gün yeni miqyas almaqda olan xalq etirazlarının davamında Bakının ən böyük ticarət mərkəzlərindən biri olan "Binə"də hazırda aksiya keçirilir. Aksiya iştirakçıları isə ticarət mərkəzində işləyən tacirlərdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 18, 2016 08:13 Asia/Baku
  • Binə ticarət mərkəzində aksiya keçirilir
    Binə ticarət mərkəzində aksiya keçirilir

Azərbaycan Respublikasını bürümüş və hər gün yeni miqyas almaqda olan xalq etirazlarının davamında Bakının ən böyük ticarət mərkəzlərindən biri olan "Binə"də hazırda aksiya keçirilir. Aksiya iştirakçıları isə ticarət mərkəzində işləyən tacirlərdir.

Onlar bir müddət öncə də dinc aksiya keçirib, tələblərini ortaya qoymuşdular. Görünən odur ki, istəkləri yerinə yetirilməyib. Belə ki, hazırda beş drob üç və beş drob dörd sıralarında çalışan sahibkarlar dükanları qapadaraq, bu şəkildə dinc aksiya keçirirlər. Onların etirazlarına səbəb isə, icarə haqlarının çox olmasıdır.

Şikayətçi sahibkarların musavat.com-a verdikləri məlumata görə, digər sahibkarlar da onlara qatılacaqlar: "Ölkədə böhran var. Alver yoxdur. Pul qazana bilmirik. Gəlirlərimiz aşağı düşüb. Amma icarə haqqı dəyişməyib. Üstəlik, ay tamam olan kimi pulu tələb edirlər. O pulu necə ödəyək? Bizi başa düşüb, qiyməti aşağı salmalıdırlar. Digər sıralarda olan tacirlər də bizə qatılmağı düşünürlər. Alver heç kimdə yoxdur, problem hamımızın problemidir. Belə getsə, hamımız dükanları qapadıb, gedəcəyik".