Pakayin: Sanksiyaların ləğvi İran xalqının 12 illik müqavimətinin nəticəsidir
-
Pakayin: Sanksiyaların ləğvi İran xalqının 12 illik müqavimətinin nəticəsidir
İranın nüvə müzakirələrindəki qələbəsi İslam Respublikasının qərbin iddialarının əksinə olaraq atom silahı ardınca olmadığını, yalnız sülhməramlı nüvə məqsədlərini izlədiyini əks etdirdi.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İranın Azərbaycan Respublikasındakı səfiri Möhsün Pakayin azərbaycanlı media mənsubları ilə keçirdiyi mətbuat konfransında əlavə edib: İran və 5+1 qrupunun nüvə anlaşması İran xalqının qərblilərin ədalətsiz və qeyri-qanuni sanksiyaları qarşısındakı 12 illik müqavimətinin nəticəsidir. Bu anlaşma ilə sülhməramlı nüvə enerjisinə malik olmaq üçün İranın haqqı rəsmən tanındı və İran İslam Respublikası əleyhinə ədalətsiz sanksiyalar da ləğv olundu.
İranın Azərbaycan Respublikasındakı səfiri Azərbaycan Respublikası rəsmilərinin İran əleyhinə sanksiyaların ləğvində razılıq etməsini alqışlayıb və deyib: Sanksiyaların ləğvi ilə iki ölkə əlaqələrinin gələcəyi aydın və irəliyə doğru inkişaf olacaqdır.
İranın Azərbaycan Respublikasındakı səfiri İsrailin nüvə anlaşmasından qəzəblənməsinə dair jurnalistlərdən birinin sualına cavabda deyib: Son anlaşma qəsbkar sionist rejimin ən acı siyasi məğlubiyyəti idi. Çünki ötən 12 ildə bu saxta rejim həmişə çalışmışdır ki, yalançılıqla İranın atom bombası ardınca olduğunu təlqin etsin. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin hesabatı İsrailin bütün iddialarının əsassız olduğunu sübuta yetirdi.
Səudiyyəlilərin terrorizmə qarşı koalisiyada İranın iştirakına dair digər jurnalistin sualını cavablandıran Pakayin deyib: İranın yalnız vizuallığı olan terrorizmə qarşı koalisiyalarda iştiraka ehtiyacı yoxdur və İran bu koalisiyaların təşkil olunmasından çox öncə terrorizmlə praktiki mübarizəsini başlayıb və bu istiqamətdə təsirli addımlar atmışdır.
Pakayin Ərəbistan səfirinin İranla əlaqələrin kəsilməsinə dair açıqlaması barəsində də deyib: İran Ərəbistanla əlaqələrini kəsməyib və öncülm olmayıb. Bu addımı tələsik atan tərəf Ərəbistan idi və özünü İran kimi qüdrətli ölkə ilə əlaqə qurmaqdan məhrum etdi.
Möhsün Pakayin əlavə edib: Qənaətimizcə, Səudiyyə Ərəbistanı öz keçmiş yanlışlıqlarının terrorçularla əlaqəsini kəsməklə və terrorçuları dəstəkləməməklə əvəzini çıxmalıdır. Sonradan digər ölkələr, o cümlədən İranla əlaqə qurmaq ardınca olsun.