2015-ci ildə Azərbaycanın xarici ticarətində 34%-lik azalma olub
-
2015-ci ildə Azərbaycanın xarici ticarətində 34%-lik azalma olub
Azərbaycan 2015-ci ildə xarici ticarətdən əldə etdiyi gəlirlərdə 34%-lik azalmanın şahidi olub.
Azərbaycan Dövlət Gömrük Komitəsi bildirib ki, 2015-ci ildə xarici ticrətdən 18 milyard 815 milyon dollar gəlir əldə edib ki, bu da 2014-cü il ilə müqayisədə 34% daha azdır.
Bu məlumata görə, Azərbaycan ötən il 8 milyard 196 milyon dollar gəlir əldə etmişdi. Bu müddət ərzində Azərbaycanın ixrac etdiyi məhsulların dəyəri 10 milyard 619 milyon dollar olmuşdu.
Məlumata görə, 2015-ci ildə Azərbaycanın ixrac etdiyi məhsulların dəyəri 49% azalıb.
Azərbaycan Dövlət Statistika Komitəsinin hesabatına əsasən 2015-ci ildə Azərbaycan 109 ölkəyə müxtəlif məhsullar ixrac edib və 145 ölkədən də məhsul idxal edib.
Bu məlumata görə, ixrac edilən məhsulların 83%-i İtaliya, Almaniya, Rusiya, Türkiyə, Amerika, Fransa, Yaponiya, Çin, İndoneziya, Ərəbistan, Gürcüstan, Ukrayna, Tunis, Hindistan və bir sıra digər ölkələrə ixrac edilib.
İdxal məhsullarının 16%-i Rusiya, 12%-i Türkiyə, 9%-i Amerika və 8%-i də Almaniyadan ölkəyə gətirilib. Yaponiyadan idxalın həcmi isə 6% olub.
İran, Hollandiya və İsveçrədən idxalın həcmi isə 13% olub.