İranda vəfat etmiş azərbaycanlı uşağın cənazəsi ailəsinə təhvil verildi
-
İranda vəfat etmiş azərbaycanlı uşağın cənazəsi ailəsinə təhvil verildi
Təbrizin uşaq xəstəxanasında vəfat edən azərbaycanlı uşağın cənazəsi, xəstəxana xərclərinin böyük bir hissəsinin xeyriyyəçilər tərəfindən ödənilməsinin ardınca, ailəsinə təhvil verilib.
İran İslam Respublikasının Bakıdakı səfirliyinin mətbuat xidmətinin rəisi Məhəmməd Rza Nəcəfi Təbrizdə bir xəstəxananın vəfat etmiş uşağın cənazəsini ailəsinə verməkdən çəkinməsi barədə xəbərlərin yayılmasının ardınca, azyaşlı Azərbaycan vətəndaşı Qorqud Dadaşzadənin Təbrizin uşaq xəstəxanasında vəfat etməsindən dərin təəssüf hissi keçirdiyini bildirib və deyib: Hər il minlərlə xarici ölkə vətəndaşı o cümlədən azərbaycanlı müalicə olunmaq üçün İrana müraciət edir. Və onların böyük əksəriyyəti İranda müalicə və səhiyyə xidmətlərindən razı qaldıqlarını bildirirlər.
Nəcəfi bu uşağın xəstəxana xərclərinə gəlincə isə deyib: İran İslam Respublikasının Azərbaycandakı səfirliyi və Azərbaycanın Təbirzdəki baş konsulluğu tərəfindən həyata keçirilən səylər nəticəsində 15500 manat məbləğində olan xəstəxana xərclərinin 12300 manatı iranlı xeyriyyəçilər tərəfindən ödənilib və yerdə qalan 3200 manatın yarısı da xəstəxana və digər yarısı da azərbaycanlı xeyriyyəçilər tərəfindən təmin edilib.
Nəcəfi əlavə edib: Bu uşağın cənazəsi dünən səhər ailəsinə təhvil verilib.
Xatırlatmaq lazımdır ki, ötən həftə Azərbaycanda bəzi xəbər qaynaqları qərəzli formada Qorqud Dadaşov adlı 10 aylıq bir azərbaycanlı uşağın ağciyər infeksiyası nəticəsində Təbrizin uşaq xəstəxanasında vəfat etməsindən xəbər verərək, bildirmişdilər ki, xəstəxana, müalicə xərclərinin ödənilmədiyi üçün uşağın cənazəsini təhvil verməkdən çəkiniblər. Azərbaycan mediaları o cümlədən ANS, Salam Nyus, 1 nyus, İnterpress.az, mətbuat.az, Gün.az, azvizion.az, xəbər servis.az və istiqlal.az kimi informasiya portalları bu xəbəri qərəzli formada işıqlandırıblar.