Daha 3 nardaranlı sərbəst buraxılıb
Yan 25, 2016 16:01 Asia/Baku
-
Daha 3 nardaranlı sərbəst buraxılıb
Nardaran hadisələri ilə əlaqədar həbs edilən daha 3 kənd sakini sərbəst buraxılıb.
İslamazeri.az bildirir ki, 26 noyabr hadisələri ilə əlaqədar həbs edilən daha 3 Nardaran vətəndaşı azad edilib.
Kənd sakinlərinin dediklərinə görə, hələ ki, bu hadisə ilə bağlı neçə nəfərin həbsdə olması barədə dəqiq məlumat yoxdur.
Çünki, hadisə baş verən zaman digər rayonlardan olan islamçılar da Nardaran qəsəbəsində olublar.
Təhlükəsizlik qüvvələrinin 26 noyabrda Nardaran qəsəbəsində həyata keçirdiyi əməliyyat zamanı Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə onlarla nəfər ilə birlikdə həbs edilmişdi.
Bu hadisə 2-si polis olmaqla 7 nəfərin ölməsi və bir neçə nəfərin yaralanmasına səbəb olmuşdu.