Bakıda NATO-nun təlim-məşqləri başlanıb
-
Bakıda NATO-nun təlim-məşqləri başlanıb
NATO-nun Azərbaycan Respublikası hərbçiləri üçün təlim-məşqləri başlanıb.
Trend xəbər agentliyinin məlumatına görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İctimai Əlaqələr Şöbəsi bildirib ki, NATO-nun təlim-məşqləri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Təlim-Məşq Mərkəzində keçirilir.
Bu məlumata görə, NATO-nun səyyar təlim qrupunun ekspertləri Azərbaycan Respublikasının silahlı qüvvələrinin zabitlərinə müxtəlif mövzular, o sıradan elektron informasiyalar mənbələri, əməliyyat imkanları siyahısı və dəniz qüvvələrinin strateji fəaliyyətləri barədə təlim keçirlər.
NATO-nun Azərbaycan Respublikasındakı təlim-məşqləri yanvarın 28-dək davam edəcək.
Azərbaycan Respublikası dövlətinin NATO ilə əlaqələri son illərdə ikitərəfli həmkarlıq proqramları çərçivəsində genişlənməkdədir.