AİP-in sabiq sədr müavinin həbsinin səbəbi
-
AİP-in sabiq sədr müavinin həbsinin səbəbi
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti bu ölkənin İslam partiyasınıns abiq sədr müavinin həbs olunmasının səbəbini dövlətə xəyanət və casusluq elan edib.
Səhər Beynəlxalq Televiziyasının İslamazeri.az saytına istinadla verdiyi məlumata görə, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin ictimai əlaqələr şöbəsi bildirib: İnqilab Əhədov ölkənin ərazi bütövlüyü və müstəqilliyinə xəyanət, milli təhlükəsizliyə zərbə vurmaq, düşmənlə əməkdaşlıq etmək və casusluqda ittiham olunub.
Bu məlumata görə, İnqilab Əhədov hal-hazırda casusluq və dövlətə xəyanət ittihamı ilə dindirilməkdədir.
Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin məlumatında həmçinin bildirilir: İnqilab Əhədov konstitusiyanın 274-cü maddəsinə əsasən həbs olunub.
Dövlətə xəyanət, milli təhlükəsizliyə zərbə vurmaq, həmçinin dövlət sirlərini xarici ölkələrin xeyrinə casusluq etmək, Azərbaycan İslam partiyasının sabiq sədr müavininə qarşı irəli sürülən saxta ittihamlardandır.
Qeyd edək ki, İnqilab Əhədov çərşənbə axşamı günü 26 yanvarda Salyan rayonunda təhlükəsizlik qüvvələri tərəfindən öz mənzilində həbs olunub və naməlum məkana aparılıb.
İnqilab Əhədov AİP-in sabiq sədrəvəzi Elçin Manafovun rəhbərliyi dövründə bu partiyanın 1-ci müavini kimi fəaliyyət göstərib.